SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub - FOTO 

SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub - FOTO 

Hazırda oxunan: SOCAR-ın Türkmənistandakı nümayəndəliyinin açılışı olub - FOTO 

166583

Aşqabadda Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndəliyinin açılışı olub.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və iki ölkənin səfirləri iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları ofisdə yaradılan şəraitlə tanış olublar.

Tədbirdə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında əlaqələrin inkişafında Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun xüsusi rolunu vurğulayıb. 

Qeyd olunub ki, SOCAR-ın Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrimizin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.

Cari ilin Azərbaycan xalqı üçün əlamətdar olduğunu qeyd edən nazir “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın xaricdə ikinci nümayəndəliyinin açılmasının xüsusi əhəmiyyət daşıdığını ifadə edib. Nazir ölkələrimiz arasında imzalanmış 100-dən çox dövlətlərarası və hökumətlərarası sənədin münasibətlərimizin hüquqi bazasını formalaşdırdığını diqqətə çatdırıb. 

Mikayıl Cabbarov açılışda əməyi keçən hər kəsə təşəkkür edərək nümayəndəliyə fəaliyyətində uğurlar arzulayıb.

Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev tədbirdə çıxış edərək nümayəndəliyin açılışı münasibətilə təbriklərini çatdırıb. Aşırqulu Beqliyev nümayəndəliyin ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsinə dəyərli töhfə verəcəyinə əminliyini ifadə edib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkmənistanda SOCAR-ın nümayəndəliyinin fəaliyyətə başlamasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb. SOCAR və Türkmənistanın enerji şirkətləri arasında mövcud əməkdaşlıqdan bəhs edən Rövşən Nəcəf yeni nümayəndəliyin açılışının əhəmiyyətini vurğulayıb.














Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO