Cari ildə qeyri-neft ÜDM istehsalı 4,9 faiz ARTACAQ – PROQNOZ  

Cari ildə qeyri-neft ÜDM istehsalı 4,9 faiz ARTACAQ – PROQNOZ  

Hazırda oxunan: Cari ildə qeyri-neft ÜDM istehsalı 4,9 faiz ARTACAQ – PROQNOZ  

148990

İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən, ÜDM 106,0 milyard manat, qeyri-neft/qaz ÜDM 73,3 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,7 və 4,5 faiz səviyyəsində götürülüb.  

Bizim.Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” adlı hesabatında əks olunub. 

Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft/qaz ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır. 

Cari ilin yanvar-iyun aylarında qeyri-neft/qaz sektorunda müşahidə edilən yüksək real artım tempinin ilin növbəti aylarında da davam edəcəyi gözlənilir.  

2023-cü ilin dövlət büdcəsi zərfində qeyd olunan qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,5 faizdən 4,9 faizə qaldırılıb. ÜDM-in real artımı 1,8 faiz olmaqla nominal ifadədə 111,6 milyard manata, habelə qeyri-neft/qaz sektoru üzrə ÜDM-in 77,7 milyard manata qədər artacağı proqnozlaşdırılır. 
Cari ildə orta illik inflyasiya ilkin proqnozlar zamanı 6,9 faiz səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO