SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO

Hazırda oxunan: SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO
148546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təyin olunan vitse-prezidentlərlə görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-ın məlumatında qeyd edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-a yeni təyin olunan vitse-prezidentlər KİMLƏRDİR? – DOSYE  


Göstərilən yüksək etimada görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf yeni təyinatları münasibətilə vitse-prezidentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar diləyiblər. 

M. Cabbarov ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıq və göstərişləri rəhbər tutaraq, bundan sonra da əzmlə çalışmağın vacibliyini vurğulayıb. 

Nazir SOCAR-ın Müşahidə Şurasının son iclasında şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə yeni əməliyyat modelinin təsdiqləndiyini, şirkətin təşkilati strukturunun və daxili proseslərinin inkişaf etdiriləcəyini diqqətə çatdırıb. 

M.Cabbarov, eyni zamanda, yeni əməliyyat modelinin SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsinə, biznesin dayanıqlılığına və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılmasına xidmət edəcəyini qeyd edib. 
SOCAR-ın yeni təyin olunan vitse-prezidentləri çıxışlarında onlara göstərilən yüksək etimada görə, Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. 

SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO - foto 1
SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO - foto 2
SOCAR-a yeni təyin olunan vitse-prezidentlərlə görüş KEÇİRİLİB - FOTO - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO