“Mançester Yunayted” FİFA-ya müraciət etməyə hazırlaşır

“Mançester Yunayted” FİFA-ya müraciət etməyə hazırlaşır

Hazırda oxunan: “Mançester Yunayted” FİFA-ya müraciət etməyə hazırlaşır
648451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Mançester Yunayted” 16 yaşlı Cey-Cey Qabrielin transferi ilə bağlı digər klubların mümkün qanunsuz əlaqələrini araşdırır. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. İngiltərə təmsilçisi bu barədə sübut əldə edəcəyi təqdirdə FİFA-ya müraciət etməyi planlaşdırır.

Qabriel çərşənbə axşamı 10 yaşından çıxış etdiyi “Mançester Yunayted”dən ayrıldığını açıqlayıb.

Onun yanvarda “Real”a keçəcəyi gözlənilir. Tərəflərin transferlə bağlı şifahi razılığa gəldiyi bildirilir.
 

Mançester klubu yayda digər komandaların futbolçunun nümayəndələri ilə icazəsiz əlaqə saxladığından şübhələnir. Bu hal təsdiqlənərsə, “Mançester Yunayted” sübutları FİFA-ya təqdim edəcək.


Qeyd edək ki, daha əvvəl PSJ, “Bavariya”, “Real” və “Barselona”nın gənc futbolçu ilə maraqlandığı bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO