General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi

General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi

Hazırda oxunan: General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
648452
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Külli miqdarda vəsaiti dələduzluqla ələ keçirməkdə ittiham olunan mediator Türkər Əliyeva barəsində qərardan prokurorluğun verdiyi apellyasiya protesti üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya protestinə baxılıb və qərar qəbul olunub.

Qərara əsasən, protest təmin olunmayıb. Türkər Əliyeva barəsində ev dustaqlığı qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, Sumqayıt Şəhər Məhkəməsi Türkər Əliyevanın himayəsində 3 azyaşlı və 1 yetkinlik yaşına çatmayan övladının olmasını, onları təkbaşına böyütməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
 

Prokurorluq qərardan narazı qalaraq apellyasiya protesti verib, Türkər Əliyevanın həbs edilməsi istənilib.


Dələduzluqda ittiham olunan Türkər Əliyeva mediator kimi fəaliyyət göstərib. O, Müdafiə Naziriyinin Tibb Baş İdarəsinin sabiq rəisi general-mayor Natiq Əliyevin qızıdır.

Türkər Əliyevaya Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 313-cü (Vəzifə saxtakaralığına təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək adı altında külli miqdarda pul alıb. Türkər Əliyeva Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin müavini, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti üzrə prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO