Meksikada güləş şousunda hakim Xerardo Pineda

Meksikada güləş şousunda hakim Xerardo Pineda "piledriver" fəndindən sonra ölüb

Hazırda oxunan: Meksikada güləş şousunda hakim Xerardo Pineda "piledriver" fəndindən sonra ölüb
641232
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meksikada keçirilən güləş şousu faciə ilə başa çatıb.

Bizim.Media xəbər verir ki, “El Buho” ləqəbi ilə tanınan hakim Xerardo Xerman Pineda matç zamanı güləşçinin ona “piledriver” (baş aşağı yerə çırpma) fəndi tətbiq etməsindən sonra həyatını itirib.

Təxminən 30 ildir hakimlik edən Pineda fənddən sonra bir neçə dəqiqə rinqdə hərəkətsiz qalıb. Tamaşaçılar isə əvvəlcə onun bunu şounun bir hissəsi kimi etdiyini düşünüblər.
 

Məlumata görə, yerli qaydalar tədbirdə tibbi heyətin və təcili yardım maşınının olmasını tələb etsə də, hadisə zamanı ərazidə nə tibb işçisi, nə də təcili yardım maşını olub.


Hadisədən sonra 36 yaşlı güləşçi “Hijo de Fishman” saxlanılıb. Onun ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham oluna biləcəyi və təqsiri sübuta yetiriləcəyi halda 15 ilədək həbs cəzası ala biləcəyi bildirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO