7 qol vurduğu oyun bitən kimi HƏBS OLUNDU

7 qol vurduğu oyun bitən kimi HƏBS OLUNDU

Hazırda oxunan: 7 qol vurduğu oyun bitən kimi HƏBS OLUNDU
574788
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Finlandiyanın “Finnkurd” klubunun braziliyalı futbolçusu Jonatan Gerreyro həbs edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb. O, oyunların nəticələrini manipulyasiya etməkdə ittiham olunur.

Mənbənin məlumatına görə, Gerreyro və daha iki braziliyalı futbolçu Finlandiya çempionatının beşinci divizionunda keçirilən “Finnkurd” – “Espa/Renat” (8:1) oyunundan sonra saxlanılıb. Həmin qarşılaşmada Gerreyro 7 qol vurub. Polis oyun başa çatan kimi meydana daxil olaraq futbolçuları saxlayıb.

Araşdırma zamanı iki oyunçu mobil telefonları yoxlanıldıqdan sonra sərbəst buraxılıb, lakin 34 yaşlı Gerreyro istintaq çərçivəsində həbsdə saxlanılıb.

Qeyd edək ki, Jonatan Gerreyro bir neçə həftə əvvəl “Finnkurd” klubunun baş məşqçisi vəzifəsinə təyin olunmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO