“Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ

“Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ

Hazırda oxunan: “Araz Naxçıvan” çempionluğunu RƏSMİLƏŞDİRDİ
250805
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

Bizim.Media xəbər verir ki, tura lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Neftçi”nin dueli ilə start verilib.

Oyun hər iki komanda üçün əhəmiyyətli idi. Nominal qonaqlar məğlub olmayacağı təqdirdə çempionluğu vaxtından əvvəl təmin edəcəkdi. “Ağ-qaralar” isə xal fərqini əritmək baxımından yaxşı fürsət qazanmışdı. Mərkəzi oyundan da qalib ayrılan “qırmızı-ağlar” çempionluğu vaxtından əvvəl təmin edib. Turun ikinci oyunu nominal qonaqlar üçün daha çox əhəmiyyət kəsb edirdi. Belə ki, “Baku Fire” qələbə qazanacağı təqdirdə ikinci pilləyə yüksələcəkdi. “Baku Fire” qazandığı növbəti 3 xalla mövsümün başa çatmasına bir tur qalmış 2-ci pilləyə yüksəlib. Gümüş və bürünc medalların sahibi mayın 29-da keçiriləcək oyunda müəyyənləşəcək.

Neftçi İK – Araz-Naxçıvan 2:6

Qollar: Mirzə Əmirov, 19:15, Abdul Ghafar, 22:48 – Matheus Henrique, 2:50, 18:48, Xəzər Ağalızadə, 14:40, 15:00, Ülvi Əliyev, 27:36, Amirhossein Rasouli, 28:47.

Yasamal Bakı – Baku Fire 2:16

Qollar: Zöhrab Quluşev, 35:26, Elçin Məmmədov, 37:00 – Kənan Manafov, 1:20, İago Henrique, 1:33, 20:11, 25:05, 34:11, 34:51, 35:00, 36:36, Henrique Soares, 5:42, Nurlan Mehdizadə, 13:54, 31:34, Tofiq Mikayılov, 14:06, Elmir Xəlilov, 25:31-öz qapısına. Tofiq Əliyev, 26:01, Oktay Rüstəmli, 28:24.

U-19 – Şuşa 3:5

Qollar: Pünhan Qasımzadı, 1:00, Bəyoğlan Vəlizadə, 13:09, Ədalət Ələkbərov, 38:27 – İlham Alıyev, 3:42, 10:51, 20:26, Sadeq Javiditabar, 5:53, Aidar Turarov, 39:00.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO