Fatih Terim bu futbolçunu öz komandasına gətirmək istəyir - FOTO

Fatih Terim bu futbolçunu öz komandasına gətirmək istəyir - FOTO

Hazırda oxunan: Fatih Terim bu futbolçunu öz komandasına gətirmək istəyir - FOTO
228249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Əl-Şabab"ın baş məşqçisi Fatih Terimin ilk transfer hədəfi məlum olub.

Bizim.Media xəbər verir ki, türk mütəxəssis "Fənərbaxça"da çıxış edən Cengiz Ünderin xidmətində maraqlıdır.

Bu barədə "Sözcü" nəşri məlumat yayıb. Fatih Terim Cengizlə danışıb və onu komandasında görmək istədiyini bildirib. 27 yaşlı vinger təklifə isti yanaşır. "Fənərbaxça" da transferin əleyhinə deyil. İstanbul klubu futbolçunun yüksək maaşından qurtulmaq istəyir. Təcrübəli oyunçunun illik maaşı 3,7 milyon avrodur.

Qeyd edək ki, "Fənərbaxça" Cengiz Ünderi ötən ilin yayında "Marsel"dən transfer edib. Türkiyə millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb. O, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Fatih Terim bu futbolçunu öz komandasına gətirmək istəyir - FOTO - foto 1


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO