“Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun HƏDƏFİNDƏ

“Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun HƏDƏFİNDƏ

Hazırda oxunan: “Qarabağ”ın Juninyosu İspaniyanın məşhur klubunun HƏDƏFİNDƏ
225739
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Sevilya” “Qarabağ”ın hücumçusu Olavio Juninyo ilə maraqlanır.

Bizim.Media xəbər verir ki, bu haqda İspaniyanın eldesmarque.com saytı məlumat yayıb. 

Bildirilir ki, La Liqa təmsilçisi Keleçi İxeanaçoya əvəzləyici tapmaq üçün fəaliyyətə başlayıb. Buna səbəb nigeriyalı hücumçunun ümidləri doğrultmamasıdır.

Onun əvəzləyicisi kimi məhz Juninyo seçilib. “Kope Sevilya”nın yazdığına görə, klubun idman direktoru Viktor Orta Juninyonu hücum xəttini gücləndirəcək futbolçu kimi görür. Onun mümkün transferi baş məşqçi Xavyer Qarsiya Pimiento ilə də razılaşdırılmalıdır.

Lakin o da qeyd edilir ki, “Qarabağ” 2026-cı ilin yayında müqaviləsi başa çatacaq hücumçusunu buraxmaq fikrində deyil. Bildirilir ki, Transfermarkt saytının dəyərləndirməsinə görə, Juninyonun qiyməti 2 milyon avrodur. Bu isə maliyyə problemləri olan “Sevilya” üçün uyğun rəqəmdir. Amma əgər İxeanaço klubdan gedərsə, “Sevilya” Juninyonun transferinin baş tutması üçün məbləği artıra da bilər.
 

“AS” nəşrinin “Zona Mixta”ya istinadən yaydığı xəbərə görə isə “Sevilya”nın baş məşqçisi Juninyonu keçidinə razılıq verib. Bununla belə, nəşr yazıb ki, “Qarabağ”la razılığa gəlmək çətin olacaq. 


Həmçinin bu transfer üçün 5 milyon avro təzminat tələb ediləcəyi də iddia edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO