Matç BAŞLADI: Qarabağ azarkeşlərindən duyğulandıran xareoqrafiya - VİDEO

Matç BAŞLADI: Qarabağ azarkeşlərindən duyğulandıran xareoqrafiya - VİDEO

Hazırda oxunan: Matç BAŞLADI: Qarabağ azarkeşlərindən duyğulandıran xareoqrafiya - VİDEO

179442

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən "Qarabağ" da meydana çıxıb.

Qurban Qurbanovun komandası Bakıda "Braqa"nı qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 21:45-də başlayıb.

Matç başlamazdan əvvəl Qarabağ azarkeşlərinin hazırladığı xareoqrafiya nümayiş olunub. Belə ki, “İmarət” azarkeş qrupu Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsinə həsr olunan maraqlı xareoqrafiya hazırlayıblar.

Qeyd edək ki, Portuqaliyada 4:2 hesabı ilə möhtəşəm qələbə qazanan "Qarabağ"ın 1/8 finala çıxmaq və yeni bir tarix yazmaq üçün yaxşı şansı var. "Braqa" növbəti mərhələyə yüksəlmək üçün "Qarabağ"a 3 top fərqi ilə qalib gəlməlidirsə, Ağdam təmsilçisinə hətta 0:1 hesablı məğlubiyyət də kifayət edir ki, 1/8 finala adlasın.

Bizim.Media
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO