“Neftçi” italiyalı hücumçu ilə DANIŞIQ APARIR

“Neftçi” italiyalı hücumçu ilə DANIŞIQ APARIR

Hazırda oxunan: “Neftçi” italiyalı hücumçu ilə DANIŞIQ APARIR

173634

Transfer çalışmalarını davam etdirən “Neftçi” daha bir futbolçu ilə danışıq aparır. 

Bizim.Media xəbər verir ki, ağ-qaralar “Styaua”nın italiyalı oyunçusu Andrea Kompanyonu transfer etmək istəyir. 

Rumıniya klubu futbolçuya görə 400 min avro təzminat istəyir. 

Qeyd edək ki, Andrea Kompanyo 2022-ci ildən “Styaua”da çıxış edir. İtaliyalı bu mövsüm meydana çıxdığı 22 görüşdə 4 qol vurub. 27 yaşlı forvard Buxarest klubuna 2022-ci ilin yayında “Universitatya Krayova”dan keçmişdi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO