Stolüstü tennisçimiz beynəlxalq turnirdə gümüş medal QAZANDI   

Stolüstü tennisçimiz beynəlxalq turnirdə gümüş medal QAZANDI   

Hazırda oxunan: Stolüstü tennisçimiz beynəlxalq turnirdə gümüş medal QAZANDI   

166984

Stolüstü tennisçi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə etimadı doğruldub. 

Bizim.Media xəbər verir ki, o, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medala layiq görülüb. 

Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Onur 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib. 

Həlledici oyunda isə stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb. Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO