“Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK 

“Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK 

Hazırda oxunan: “Neftçi” bu gün Sərgən Yalçınla bağlı yekun QƏRARI VERƏCƏK 
142548
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün “Neftçi” rəhbərliyinin baş məşqçi məsələsinə nöqtə qoyacağı gözlənilir.  

Bizim.Media xəbər verir ki, ötən gün türkiyəli mütəxəssis Sərgən Yalçınla məhdud çərçivədə görüşən klubun Müşahidə Şurasının sədri Rövşən Nəcəf məşqçi ilə demək olar ki, bütün məsələlərdə razılığa gəlib.  

Sərgənlə 1+1 illik müqavilənin bağlanması gözlənilir. Onun illik maaşının təxminən 1 milyon dollar olacağı gözlənilir.  

Qeyd edək ki, son hadisələrdən klubun prezidenti Kamran Quliyevin xəbəri olmadığı deyilir. Məhz bu səbəbdən onun da yaxın günlərdə istefaya göndəriləcəyi və yerinə başqa şəxsin təyin olunacağı gündəmdədir.  

Onu da əlavə edək ki, bu gün UEFA Konfrans Liqasında “Neftçi”nin rəqibi bəlli olacaq.  “Ağ-qaralar” təxminən 1 ay sonra ilk oyuna çıxmalıdır. Bundan öncə isə paytaxt təmsilçisi Sankt Peterburqdakı beynəlxalq turnirdə iştirak edəcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO