Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO

Hazırda oxunan: Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO
629592
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp ölkədə raket ehtiyatlarının azaldığı barədə mediada yayılan məlumatlara sərt reaksiya verib.

Bizim.Media xəbər verir ki, Tramp ABŞ-ın hələ də "çox böyük həcmdə" sursat ehtiyatına malik olduğunu bildirib.

Onun sözlərinə görə, ölkənin müdafiə sənayesi istehsal gücünü artırır, yeni zavodlar tikilir və silah istehsalı sürətlə davam etdirilir.
 

Prezident raket ehtiyatlarının tükəndiyi barədə məlumatı mediaya ötürən şəxsləri "xəyanətkar" adlandırıb. O, həmin mənbələrin müəyyən ediləcəyini və onların uzunmüddətli həbs cəzası alması üçün çalışacağını vurğulayıb.


Qeyd edək ki, daha əvvəl CNN telekanalı ABŞ-ın İranla beş ay davam edən müharibə zamanı THAAD zenit-raket kompleksləri üçün nəzərdə tutulan raketlərin təxminən 80 faizini, həmçinin Patriot və Tomahawk raket ehtiyatlarının isə yarısını istifadə etdiyini yazmışdı.

Tramp ABŞ-da raket çatışmazlığı barədə məlumat yayanları həbslə hədələdi - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO