Misir piramidaları ilə bağlı SENSASİON KƏŞF – Gizli keçid hara aparır? – FOTO

Misir piramidaları ilə bağlı SENSASİON KƏŞF – Gizli keçid hara aparır? – FOTO

Hazırda oxunan: Misir piramidaları ilə bağlı SENSASİON KƏŞF – Gizli keçid hara aparır? – FOTO
613521
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Misirin Giza piramidaları ilə bağlı yeni kəşf alimlərin diqqətini cəlb edib. Belə ki, Menkaure piramidasında iki gizli boşluq aşkarlandığı bildirilir.

Bizim.Media xarici mediaya istinadən xəbər verir ki, Qahirə Universiteti və Münhen Texniki Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada piramidanın xüsusi daş bloklarının arxasında hava ilə dolu sahələr müəyyən edilib.

Tədqiqat ScanPyramids layihəsi çərçivəsində radar, ultrasəs və elektrik müqaviməti kimi piramidaya zərər verməyən üsullarla həyata keçirilib.
 

Alimlərin sözlərinə görə, aşkar edilən boşluqlar təsadüfi yerdə deyil, piramidanın xüsusi memarlıq hissəsində yerləşir. Bu isə burada ikinci girişin ola biləcəyi ehtimalını yenidən gündəmə gətirib.


Mütəxəssislərin fikrincə, boşluqlar gizli keçidə aid ola bilər, lakin bunun tikinti texnikasından yaranmış daxili boşluq olması ehtimalı da istisna edilmir.

Araşdırma göstərir ki, Giza piramidaları hələ də cavabsız qalan çoxsaylı sirrləri özündə saxlayır.

Misir piramidaları ilə bağlı SENSASİON KƏŞF – Gizli keçid hara aparır? – FOTO - foto 1


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO