Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”

Hazırda oxunan: Zelenski: “20 bəndlik sülh planının 90 faizi razılaşdırılıb”
587894
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“ABŞ-da bütün mövzular üzrə həqiqətən də əla müzakirələr apardıq. Amerika və Ukrayna komandalarının əldə etdiyi irəliləyişi yüksək qiymətləndiririk”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Floridada keçirilən görüş sonrası birgə mətbuat konfransında deyib. 

Dövlət başçısı bildirib ki, görüşdə sülh planının bütün aspektləri müzakirə olunub.

“20 bəndlik sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər 100 faiz razılaşdırılıb. ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. Rifah planı tamamlanma mərhələsindədir və biz bunu da müzakirə etdik. Təhlükəsizlik zəmanətləri davamlı sülhə nail olmaq üçün əsas mərhələdir və komandalarımız bütün aspektlər üzərində yaxşı işləməyə davam edəcəklər”,- deyə Zelenski əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO