Daha bir ölkə sərt karantinə keçir

Daha bir ölkə sərt karantinə keçir

Hazırda oxunan: Daha bir ölkə sərt karantinə keçir
5142
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniya hökuməti dekabrın 16-dan yanvarın 10-dək ölkədə sərt karantin rejimi tətbiq edəcək.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Berlində mətbuat konfransında kansler Angela Merkel deyib.

"Noyabrın 2-dən qəbul etdiyimiz tədbirlər yetərli deyil. Almaniyada yenidən yeni yoluxma sayında artım müşahidə olunur. Təcili hərəkətə keçmək lazımdır. Hökumətin məqsədi göstəriciləri hər 100 min nəfərə 50 yoluxma səviyyəsinə endirməkdir",- deyə Merkel bildirib.

Sərt karantin dövründə ticarət mərkəzləri, gözəllik salonları, masaj salonları bağlanacaq. Banklar, apteklər, poçt şöbələri, yanacaqdoldurma məntəqələri, qəzet köşkləri, zoomağazalar isə fəaliyyətini davam etdirəcək.

Xüsusi hallar istisna olmaqla məktəblər və uşaq bağçaları bağlanacaq. Buraxılış sinifləri üçün xüsusi qaydaların hazırlanması planlaşdırılır.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO