“Əfqanıstandakı sülhməramlılarımızı və mülki şəxsləri təxliyə etmişik” - ƏRDOĞAN

“Əfqanıstandakı sülhməramlılarımızı və mülki şəxsləri təxliyə etmişik” - ƏRDOĞAN

Hazırda oxunan: “Əfqanıstandakı sülhməramlılarımızı və mülki şəxsləri təxliyə etmişik” - ƏRDOĞAN
34546
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyə Əfqanıstandakı mülki şəxslərini və sülhməramlı missiya həyata keçirən hərbiçilərinin əsas hissəsini təxliyə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinada bu ölkənin rəsmiləri ilə keçirdiyi mətbuat konfransında ifadə edib.

Türkiyənin dövlət başçısı deyib: “Mülki şəxsləri ölkəmizə daşıdıq. Hazırda az sayda texniki heyət qalır. Onlardan başqa əsas heyəti çıxarmışıq”.
 

Xatırladaq ki, türkiyəli mülki şəxslər çıxarılandan sonra avqustun 26-da və 27-də Əfqanıstanda sülhməramlı missiya yerinə yetirən Türkiyə hərbçiləri təyyarə ilə Ankaranın Esenboğa Beynəlxalq Hava Limanına gətiriliblər.


Bu kontingent Əfqanıstan İslam Respublikasında Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) tərkibində fəaliyyət göstərirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO