
- A-
- A
- A+
Dünya
16:48 / 29.07.2024
1 dəq oxunma
Argentina Prezidenti Venesuelada dövlət çevrilişinə çağırış etdi - FOTO
Hazırda oxunan: Argentina Prezidenti Venesuelada dövlət çevrilişinə çağırış etdi - FOTO
204124
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Argentina prezidenti Xavyer Miley Venesuela Prezidenti Nikolas Maduronu “diktator” adlandıraraq əhalini dövlət çevrilişinə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə X.Miley öz sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, prezident seçkiləri ədalətsiz təşkil edilib.
“Argentina növbəti saxtakarlığı tanımaq niyyətində deyil və ümid edir ki, Venesuela Silahlı Qüvvələri bu dəfə demokratiyanı və xalqın iradəsini müdafiə edəcək. Latın Amerikasında azadlıq irəliləyir”,- Xavyer Miley bildirib.
Qeyd edək ki, Nikolas Maduronun Venesuelada keçirilən prezident seçkilərində yenidən seçilməsini Argentina höküməti tanımamışdı.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.


































































































