Xərçəng xəstəliyinə tutulan Britaniya Kralının sağlamlıq durumu necədir? - VİDEO

Xərçəng xəstəliyinə tutulan Britaniya Kralının sağlamlıq durumu necədir? - VİDEO

Hazırda oxunan: Xərçəng xəstəliyinə tutulan Britaniya Kralının sağlamlıq durumu necədir? - VİDEO

176766

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Kralı Çarlz (III Karl) xərçəng xəstəliyinə tutulub. Ölkə mətbuatı bununla bağlı müxtəlif yazılar dərc ediblər.

Bizim.Media xəbər verir ki, "Teleqraf" nəşri yazır ki, Kral hökumət işlərini yerinə yetirməyə davam edəcək, lakin onların bəziləri “digər xəstəliklərə yoluxma risklərini azaltmaq üçün” virtual formata keçirilə bilər.

"Times" bildirir ki, xəstəlik erkən mərhələdə aşkar edilib:

"Bu baxımdan, Bukingem Sarayındakı əhval-ruhiyyə "pozitiv olaraq qalır". III Karl özü son bir neçə gün ərzində həkimlərlə ən yaxşı müalicə kurslarını müzakirə edib.

"Guardian" qeyd edir ki, Kral oğullarına vəziyyəti barədə məlumat verib:

"Təkcə Şahzadə Uilyama deyil, kral ailəsi ilə münaqişədən sonra ABŞ-a gedən Harriyə də xəstəliyi haqda danışıb. Harri atasını görmək üçün tezliklə Böyük Britaniyaya uçacaq, həyat yoldaşı Meqan Markl isə uşaqları ilə birlikdə ABŞ-da qalacaq".
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO