Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər?

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər?

Hazırda oxunan: Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər?
174504
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Çin doğum nisbətinin kəskin azalması və əhalinin sürətlə qocalması ilə üzləşir. Pekin qadınları uşaq dünyaya gətirməyə çağırıb və büdcədən onlara ev və vergi güzəştləri təklif edib. Si Cinpinin başçılıq etdiyi partiya qadınları vətənpərvər olmağa, “yaxşı arvad və ana” rolunu öz üzərinə götürməyə və “milləti cavanlaşdırmağa” səsləyib.

Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” yazıb. 

Rusiyanın "rbc.ru" saytı isə Çinin bu vəziyyətə necə düşdüyünü, demoqrafik böhranla necə mübarizə apardığını və hətta “bir ailə, bir uşaq” siyasətindən əl çəkməyin niyə kömək etmədiyini araşdırmağa çalışıb:

"Ötən ilin yanvarda Hindistan əhalinin sayına görə Çini ötüb. Hazırda onun əhalisi 1,417 milyard nəfər olub. Bu da Çindən 5 milyon nəfər çoxdur. Sonuncuda isə bu rəqəm 1,412 milyarddır.

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 4

BMT-nin proqnozuna görə, yaxın illərdə Hindistanın Çinlə fərqi daha da artacaq.

"Pew Research Center" Araşdırma Mərkəzi 1950-ci ildən bəri Çinin dünyanın ən böyük əhalisinə sahib olduğunu söyləyib. İndi isə azalma tendensiyası göz qabağındadır.

Çində doğum səviyyəsi son beş ildə sürətlə azalıb. 2022-ci ildə ümumi doğuş nisbəti bir qadına 1,15 uşaq olaraq qiymətləndirilir ki, bu da əvvəlki onilliklərdən xeyli aşağıdır.

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 5

Reproduktiv yaşda olan qadınların sayı durmadan azalsa da, əhalinin qocalması sürətlənir. 2021-ci ildə Çin əhalisinin 14,2%-i 60 yaşdan yuxarı olub. 

Əhalinin qocalması ölüm hallarının artmasına, demoqrafik artımın daha da yavaşlamasına səbəb olur. BMT-nin proqnozuna görə, 2040-cı ilə qədər Çində 60 yaşdan yuxarı insanların sayı 28%-ə çatacaq.

Ötən əsrdə Çin, əksinə, yüksək doğum göstəriciləri ilə mübarizə aparıb. Həddindən artıq əhali problemini həll etmək üçün ölkə hətta 1979-cu ildə “bir ailə, bir uşaq” siyasətini həyata keçirməyə başlayıb və bu siyasət əksər ailələr üçün uşaqların sayını məhdudlaşdırıb. İki və ya daha çox uşağı olan cütlüklər cərimələnib.

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 6

Demoqrafik təcrübə öz nəticəsini verib. 2007-ci ilə qədər Çin rəsmilərinin hesablamalarına görə, bu tədbir ölkə əhalisinin 400 milyon nəfər artmasının qarşısını alıb.

Uğurlu siyasətdən sonra tədbirlər yumşaldılıb. 2015-ci ildə çinlilərə iki, 2021-ci ildə isə üç uşaq dünyaya gətirməyə icazə verilib. Ancaq indi reproduktiv yaşda olan qadınlar artıq uşaq dünyaya gətirmək istəmirlər.

Nəhayət, çinli qadınların uşaq sahibi olmaq istəməsinə mane olan başqa bir səbəb mürəkkəb boşanma prosesidir.

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 7

2021-ci ilin fevral ayında hökumət son boşanmadan əvvəl 30 günlük fasilə tələb edən bir qayda tətbiq edib.

İndiana Universitetinin professoru Ethan Miçelsonun araşdırmasına görə, qadınların verdiyi ərizələrin təxminən 80%-i ilk iclasda hakim tərəfindən rədd edilib. Hətta məişət zorakılığı hallarına dair sübutlar belə qərara təsir etməyib. Professor boşanma ilə bağlı 150 minə yaxın məhkəmə qərarını araşdırıb".

Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 1
Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 2
Çinin əhalisi azalır - Niyə insanlar uşaq sahibi olmaq istəmirlər? - foto 3

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO