Tokayevdən Putinə DƏSTƏK 

Hazırda oxunan: Tokayevdən Putinə DƏSTƏK 

143520

Rusiya Prezidenti Vladimir Putin payızda Qazaxıstana səfər edəcək. 

Bizim.Media Qazaxıstan Prezident Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstan lideri Kasım-Jomart Tokayev deyib. 

Qazaxıstan Prezidenti Rusiya lideri ilə son telefon danışığının təfərrüatlarını açıqlayaraq deyib ki, ölkəsinin əhalisi haqlı olaraq qonşu ölkədə baş verən iğtişaş cəhdini böyük narahatlıqla qarşılayıb:  

“Bu, başa düşüləndir, çünki Qazaxıstanla Rusiya arasında dünyanın ən uzun dövlət sərhədi var, biz vahid iqtisadi məkandayıq, bizi humanitar əlaqələr və təmaslar birləşdirir. 

Rusiya Prezidenti ilə telefon danışığı zamanı onun konstitusiya quruluşunun və qanunvericiliyin qorunmasına və möhkəmləndirilməsinə yönəlmiş hərəkətlərini tam dəstəklədiyimi bəyan etdim”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO