Türkiyə lirəsinin məzənnəsi ilə bağlı azərbaycanlı ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Türkiyə lirəsinin məzənnəsi ilə bağlı azərbaycanlı ekspertdən AÇIQLAMA

143251

“Türkiyə lirəsi son 1 ayda 20 faizdən çox dəyər itirib. İnflyasiya ilə mübarizə məqsədilə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz bənd artıraraq 8,5 faizdən 15 faizə qaldırsa da, hələlik həm valyuta, həm də istehlak bazarında volatillik davam edir. Deməli, Ankara qısa deyil, daha çox orta və uzunmüddətli dövrdə məzənnə stabilliyini hədəfləyir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, iqtisadi amillərlə yanaşı, siyasi faktorlar, eləcə də 50 faizə çatan illik inflyasiya dərəcəsi lirənin qısamüddətli dövrdə stabilləşməsini əngəlləyir:

“Türkiyə yeni kabinetinin fərqli yanaşması da lirənin məzənnəsindəki ucuzlaşmanın qarşısını ala bilmir. Digər tərəfdən, Türkiyənin yeni maliyyə nazirinin U-dönüşlü mesajları maliyyə bazarlarında volatilliyi azaltsa da, stabilliyə nail olmaq mərhələli prosesdir və bu baxımdan hələlik qısa müddətlidən daha çox uzunmüddətli hədəflərə söykənilir. Bütün bunlarla yanaşı, Türkiyədə əvvəlki dövrdən fərqli olaraq Mərkəzi Bankın daha müstəqil qərarları, kabinetin yeni yanaşmaları qardaş ölkə iqtisadiyyatı ilə bağlı nikbinliyi artırır”.

Vüqar Bayramov qeyd edib ki, Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşdır və qeyri-neft ixracatında əsas partnyorudur:

“Enerjidən başqa, ixracatımızın 1/3-dən çoxu qardaş ölkəyə yönəlir. Bu baxımdan, strateji müttəfiqimiz olan Türkiyədə məzənnə stabilliyinə nail olunması bizim üçün, həmçinin ixracatın həcmi baxımdan da vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO