Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu

Hazırda oxunan: Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda toxunulmaz şəxs oldu
116234
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkmənistanda “Türkmən xalqının ümummilli lideri haqqında” konstitusiya qanunu eks-prezident Qurbanqulu Berdiməhəmmədov və onun ailə üzvlərinə toxunulmazlıq hüququ və bir sıra digər imtiyazlar verib.

Bizim.Media xəbər verir ki, artıq hazırkı Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov sözügedən konstitusiya qanununu imzalayıb.

Qeyd olunur ki, yanvarın 21-də Türkmənistan parlamentinin iclası keçirilib və orada eks-prezident Qurbanqulu Berdiməhəmmədova ümummilli lider statusunun verilməsi qərara alınıb.
Qanun ümummilli liderin və onun ailə üzvlərinin dövlət himayəsinin təmin edilməsini, həmçinin hüquq və azadlıqlarının, həyatının, şərəf və ləyaqətinin qorunmasını nəzərdə tutur.

Eyni zamanda Türkmənistanın ümummilli liderin qanuni fəaliyyətinə mane olmaq, onun şərəf və ləyaqətinə zidd hərəkətlərə yol vermək cinayət məsuliyyəti yaradır.

Bu qanunla nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Türkmənistanın dövlət büdcəsi hesabına həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO