Hikmət Hacıyev Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları MÜZAKİRƏ ETDİ - FOTO 

Hikmət Hacıyev Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları MÜZAKİRƏ ETDİ - FOTO 

Hazırda oxunan: Hikmət Hacıyev Ceyk Sallivanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqları MÜZAKİRƏ ETDİ - FOTO 

111130

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin köməkçisi rərmi “Twitter” hesabında paylaşım edib. 
 
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - deyə H.Hacıyev qeyd edib. 

O bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir: 

"Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO