Meşədə narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanıldı - FOTO 

Meşədə narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanıldı - FOTO 

Hazırda oxunan: Meşədə narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanıldı - FOTO 
84174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Meşə zolağında narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçivəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb və ondan əlavə olaraq narkotik vasitə də aşkarlanıb.

Daxil olmuş məlumat əsasında Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Digah kənd sakini Ceyhun Talışov saxlanılıb.
Onun yaşadığı kənddəki meşə zolağında kultivasiya yolu ilə yetişdirdiyi yaş kütləsi 300 kiloqramdan artıq, hündürlüyü 3 metrə qədər olan 753 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb. 

Bundan başqa C.Talışovun həmin meşə zolağında gizlətdiyi 2 ədəd sellofan torbada ümumi çəkisi 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. 

Bizim.Media

Meşədə narkoplantasiya yetişdirən Lənkəran sakini saxlanıldı - FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO