Bəzi ərazilərə dolu düşüb - Faktiki HAVA

Bəzi ərazilərə dolu düşüb - Faktiki HAVA

Hazırda oxunan: Bəzi ərazilərə dolu düşüb - Faktiki HAVA
81268
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 28-i saat 10:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 27-si axşama doğru, 28-i gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Düşən yağışın miqdarı Gədəbəydə 16.0 mm, Şəmkirdə 5.0 mm, Daşkəsəndə 2.0 mm, Gəncədə 0.0 mm olub.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında: Bakıda 23 m/s, Binədə 18 m/s, Pirallahı, Sumqayıtda 17 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.2 metrə çatıb.

İyunun 27-də Gədəbəy rayonuna saat 18:00 radələrində stansiyaya leysan yağışla birgə xırda dolu, Daşbulaq, Qaradağ kəndlərinə diametri 33-35 mm, Arıqdam kəndinə 35-37 mm, Söyüdlü kəndinə 26 mm, 18:40 radələrində rayonun Slavyanka və Maarif kəndlərinə 24-26 mm olan dolu düşüb.
İyunun 27-də yağan güclü leysan nəticəsində saat 18:00-19:00 radələrində Gədəbəy rayonunun aşağı hissəsindən və saat 17:10 radələrində Şin çaydan (Şəki) sel keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO