
- A-
- A
- A+
Cəmiyyət
15:12 / 15.06.2022
1 dəq oxunma
Gədəbəy və Daşkəsənə dolu yağdı
Hazırda oxunan: Gədəbəy və Daşkəsənə dolu yağdı
79394
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gədəbəyə leysan yağışdan sonra dolu düşüb.
Bizim.Media xəbər verir ki, bu gün saat 14:30 radələrində rayonun mərkəzi, Düzyurd, Arıxdam, Maarif, Söyüdlü və ucqar kəndlərə dolu düşüb.
Bundan başqa güclü yağışdan sonra rayonun Novasaratovka və Başkəndə sel gəlib. Sel əkin sahələrinə ziyan vurub. Hazırda Gədəbəy rayonunda yağışlı hava davam edir.
Daşkəsən rayonuna da dolu yağıb. Bu gün saat 13 radələrində leysan yağışından sonra təxminən 10-15 dəqiqə rayon mərkəzinə, rayonun Xoşbulaq, Çanaqçı, Alaxançallı, Almalı, Suqovuşan və Qabaqtəpə kəndlərinə dolu düşüb, çaylarda suyun səviyəsi artıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































