Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Hazırda oxunan: Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

641098

Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işinin məhkəməsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən yekun iclasda təqsirləndirilən şəxsə hökm oxunub - Maksim Əhmədov 16 il 6 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənin 18 il 6 ay azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci il aprelin 25-də səhər saat səkkiz radələrində Xəzər rayonu, Binə qəsəbəsi ərazisində baş verib. 52 yaşlı Səlim Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 47 yaşlı Maksim Əhmədovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Səlim Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Maksim Əhmədov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO