Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

Hazırda oxunan: Dünya çempionu Zəhra: "Qazandığım nəticə ilə fəxr edirəm"

622237

Zəhra Allahverdi İtaliyanın Montesilvano şəhərində keçirilən dünya çempionatında qazandığı nəticə ilə fəxr edir.

Bizim.Media xəbər verir ki, şahmatçı bunu “Report.az”a açıqlamasında deyib.

O, qarşılaşmaların böyük rəqabət şəraitində keçdiyini vurğulayıb:

"Rəqiblərim arasında beynəlxalq titula sahib olanlar da var idi. Buna baxmayaraq, çox yaxşı çıxış edərək birinci yeri tutdum. Buna görə çox sevinirəm. Qarşılaşmalar kifayət qədər həyəcanlı və böyük rəqabət şəraitində baş tutdu. Bununla belə, qalib olmağı bacardım. Qazandığım nəticə ilə fəxr edirəm".

Qeyd edək ki, Z.Allahverdi XI turda Türkiyə şahmatçısı Tuana Abakla heç-heçə oynayıb. O, yekunda 9 xal toplayaraq mübarizə apardığı U-14 yaş qrupunda dünya çempionu olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO