Prezident Xankəndidə daha bir açılışda - FOTO

Prezident Xankəndidə daha bir açılışda - FOTO

Hazırda oxunan: Prezident Xankəndidə daha bir açılışda - FOTO
615878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, “GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır.
 

Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.


Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir.

Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.

Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 1
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 2
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 3
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 4
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 5
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 6
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 7
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 8
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 9
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 10
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 11
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 12
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 13
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 14
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 15
Prezident Xankəndidə daha bir açılışda - FOTO - foto 16

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO