WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

Hazırda oxunan: WUF13 günlərində ictimai nəqliyyat yalnız bu şəxslər üçün ÖDƏNİŞSİZ OLACAQ

613292

Bakıda 17–22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində fəaliyyət göstərəcək könüllülər üçün ictimai nəqliyyatdan istifadə ödənişsiz olacaq.

Bu barədə Bizim.Media-ya WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, forum müddətində yalnız WUF13 könüllüləri paytaxtın ictimai nəqliyyat xidmətlərindən pulsuz yararlana biləcəklər.

Qərarın tədbir iştirakçılarının hərəkət rahatlığının təmin olunması məqsədilə qəbul edildiyi qeyd olunub.
 

Qeyd edək ki, bütün qeydiyyatdan keçmiş WUF13 iştirakçıları üçün tədbir müddətində Heydar Aliyev International Airport ilə müəyyən edilmiş şəhər nəqliyyat mərkəzləri arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.


Bununla yanaşı, tədbir məkanına təşkil olunacaq nəqliyyat xidmətləri də ödənişsiz olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO