Son günlər Azərbaycanda hava qeyri-sabit keçir. Temperatur aşağı düşür, Bakıda və ətraf ərazilərdə yağış, bəzi bölgələrdə isə sulu qar və qar yağır. Aprel ayında, ağacların çiçəkləndiyi, bəzi tərəvəzlərin əklidiyi dönəmdə havanın belə keçməsinin məhsuldarlığa, kənd təssərrüfatına necə təsir etməsi müzakirə olunur.
Çünki bəzi yerlərdə havanın temperaturunun mənfiyə qədər enməsi ağacların çiçəklərini dondura, həmçinin, uzunmüddətli yağış çiçəkləri çürüdə bilər ki, bu da məhsuldarlığın az olmasına gətirib çıxara bilər.
Mövzuya münasibət bildirən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya deyib ki, bu vəziyyət aqrar sektor üçün risklidir:
“Yazın bu dövründə qar yağması adətən hava temperaturunun 0°C-dən aşağı düşməsi ilə müşayiət olunur və bu vəziyyət aqrar sektor üçün daha çox risk yaradır. Çünki artıq vegetasiya dövrünə keçmiş bitkilər, xüsusilə çiçəkləmə və tumurcuqlama mərhələsində olan meyvə ağacları soyuğa çox həssas olur. Temperaturun don nöqtəsindən aşağı enməsi çiçəklərin və gənc zoğların zədələnməsinə, bəzən isə tam məhvinə səbəb ola bilər ki, bu da həmin il məhsuldarlığı azaldır”.
Onun sözlərinə görə, belə hava həm də yazlıq əkinlərə yeni başlayan sahələrdə toxumun cücərməsini gecikdirə və torpaqda stress yarada bilər:
“Xüsusilə tez çıxan tərəvəzlər və həssas bitkilər üçün bu tip soyuq dalğalar inkişafı zəiflədir. Qarın özü torpaq üçün rütubət baxımından faydalı olsa da, yazın aktiv dövründə don hadisəsi ilə birlikdə gəldikdə bu fayda zərərin kölgəsində qalır.
Çünki qısamüddətli məhsul itkisi və bitki zədəsi uzunmüddətli su ehtiyatı üstünlüyündən daha kritik ola bilir. Ümumilikdə bu tip hava şəraiti aqrar sahədə riskli sayılır və fermerlər üçün əsas məsələ belə hallarda bitkiləri qoruma tədbirləri görmək və mümkün zərəri minimuma endirmək olur”.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:20 / 14.04.2026
Aprel şaxtası məhsuldarlığa necə TƏSİR EDƏCƏK?
Hazırda oxunan: Aprel şaxtası məhsuldarlığa necə TƏSİR EDƏCƏK?
Hazırda oxunan: Aprel şaxtası məhsuldarlığa necə TƏSİR EDƏCƏK?
607066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































