Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda

Hazırda oxunan: Tozsoranı səhv istifadə edirmişik: Cihazın ömrünü uzadan 3 qızıl qayda
606238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tozsoran istifadə edərkən yol verdiyimiz kiçik və sadə görünən səhvlər əslində cihazın effektivliyini itirməsinə, hətta tozu təmizləmək yerinə havaya yaymasına səbəb olur. 

Bizim.Media xəbər verir ki, tozsoranın həm ömrünü uzatmaq, həm də evdə ideal təmizliyə nail olmaq üçün mütəxəssislər bəzi vacib məqamları açıqlayıblar.

Sürətli hərəkət tozu yox etmir, havaya qaldırır

Ev təmizliyi zamanı ən çox edilən səhv tozsoranın başlığını sürətlə irəli-geri hərəkət etdirməkdir. Bu zaman cihaz tozu lazımi səviyyədə vakuumla çəkə bilmir. Nəticədə tozun böyük hissəsi havaya qalxaraq yenidən əşyaların üzərinə qonur. Tozsoranı yavaş və ritmik hərəkətlərlə idarə etmək təmizliyin keyfiyyətini ikiqat artırır.

Filtrlərin (süzgəclərin) təmizliyi unudulur

Tozsoranın çəkim gücünü zəiflədən əsas səbəb filtrlərin çirklənməsidir. Çox vaxt insanlar yalnız toz torbasını boşaltmaqla kifayətlənirlər. Lakin filtr təmizlənmədikdə cihazın mühərriki daha çox gücə düşür, qızır və zamanla sıradan çıxır. Tozsoranın ömrünü uzatmaq üçün hər bir neçə təmizlikdən sonra filtrləri yumaq və ya dəyişmək mütləqdir.

Elektrik kabelini sonuna qədər çıxarın

Tozsoranın mühərrikinə (motoruna) ziyan vuran ən gizli vərdişlərdən biri elektrik şnurunun yarıya qədər çölə çıxarılmasıdır. Şnurun daxildə yığılıb qalması cihazın işlədiyi zaman həddindən artıq qızmasına və mühərrikdə nasazlığa səbəb olur. Şnuru mütləq üzərindəki sarı lentə qədər çölə çıxarmaq lazımdır. Qırmızı lent isə son həddir və ondan sonra şnuru dartmaq olmaz.

Tozsoran istifadə edərkən otağın pəncərəsini açıq saxlamaq havaya yayıla biləcək ən xırda hissəciklərin də kənarlaşdırılmasına kömək edir. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO