Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ

Hazırda oxunan: Məktəbli oğluna maşın verən ata HƏBS EDİLDİ
581172
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Naxçıvan Muxtar Respublikasında yetkinlik yaşına çatmamış övladına avtomobil sürməyə icazə verən və digər xuliqanlıq hərəkətləri etmiş şəxs məsuliyyətə cəlb olunub.

Bizim Media xəbər verir ki, hadisə bir neçə gün əvvəl Şərur rayonunun Yengicə kəndində qeydə alınıb.

Belə ki, polis əməkdaşları kənd məktəbinin qarşısında xidmətdə olarkən 2009-cu il təvəllüdlü yeniyetmənin “Vaz 2107” markalı avtomobil sürdüyünü müşahidə ediblər. Onlar sürücülük hüququ olmayan məktəblini saxlayıblar. Bu zaman yeniyetmə atasına zəng edərək maşının saxlanması barədə məlumat verib.

Bundan bir neçə dəqiqə sonra 16 yaşlı oğlanın atası hadisə yerinə gəlib və oğlunun sürdüyü maşının saxlanmasına sərt etiraz edib, həmçinin digər xuliqanlıq hərəkətləri törədib.

Polis əməkdaşları 39 yaşlı şəxsi saxlayaraq şöbəyə dəvət ediblər və onun barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə vətəndaşa 6 sutkalıq inzibati həbs verilib. (Qafqazinfo.az)

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO