Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu AMEA-dan çıxarıldı - QƏRAR

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu AMEA-dan çıxarıldı - QƏRAR

Hazırda oxunan: Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu AMEA-dan çıxarıldı - QƏRAR
54809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mərkəzi Nəbatat Bağı və Dendrologiya İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının balansından çıxarılıb, onların əsasında olaraq “Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” publik hüquqi şəxsləri yaradılıb.

Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin “Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”və “Dendrologiya Bağı” publik hüquqi şəxslərin yaradılması haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının mövcud ərazisi və Dendrologiya İnstitutunun Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən mövcud ərazisi müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin ərazisi qismində müəyyən edilib.

Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs və “Dendrologiya Bağı” publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağının və Dendrologiya İnstitutunun balansında olan dövlət əmlakının müvafiq olaraq “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin və “Dendrologiya Bağı” publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO