“Aborta gələn 15-17 yaşlı qızların çoxu...” - Həkimdən sensasiyalı AÇIQLAMA 

Hazırda oxunan: “Aborta gələn 15-17 yaşlı qızların çoxu...” - Həkimdən sensasiyalı AÇIQLAMA 

37988

Azərbaycanda bir ildə qeydə alınan abortların sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, 2020-ci ildə ölkədə 34719 abort qeydə alınıb. Onların 777-si ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 

15-17 yaşında olan qadınlar 29 dəfə abort üçün müraciət edib.18-19 yaşlı qadınlar arasında aborta gedənlərin sayı 1270 olub. 20-24 yaşlı qadınlar arasında 7552, 25-29 yaşlı qadınlar arasında 10993, 30-34 yaşlı qadınlar arasında  9445, 35 yaşdan yuxarı olanlar arasında isə 5430 abort qeydə alınıb. 

Ginekoloq Təranə Fətəliyeva Yenisabah.az-a açıqlamasında ailə münaqişəsi yaşayanların daha çox abort elətdirdiyini söyləyib: 
 

“Abort adətən ailə münaqişəsi zəminində olur. Mən abort etmirəm. Əgər inkişafdan qalma hamiləlik olarsa, göstərişi olanları edirəm.


Qadınlar ən çox ailə münaqişəsi zamanı aborta üz tuturlar. Əvvəlcədən müayinə olunmurlar, özləri də bilmədən hamilə qalırlar. Daha sonra həkimə analiz verməyə gəlirlər. Hətta analizə gələndə hamilə olduğunu bilənlər də az deyil. Müayinədə qadında virus olduğu aşkarlanır və məcbur olur ki, abort elətdirsin. Çoxsu da uşaq eybəcər, daun sindromlu olmasın deyə abort elətdirirlər”. 

Həkimin sözlərinə görə, vaxtından öncə 15-17 yaş arası ailə quran qızlar qoruna bilmirlər: 
 

“Vaxtından öncə ailə quranlar var. Onlar qoruna bilmirlər. O yaşda olanlar anlamırlar. Uşaq yaşda olanlar dərk etmirlər. Təzə ailə qururlar.


Onların çoxusunu evdən məcbur ediblər, fikirlərini deyə bilmirlər. Öz fikirlərini cəmləşdirənə qədər artıq gec olur. Gərək o yaşa çatasan ki, qərar verə biləsən. 15-16 yaşında olan uşaq nə başa düşə bilər axı... Elə onların çoxu anlamadığına görə, uşaq dünyaya gətirirlər.Və yaxud da nikahsız ailə qururlar. Qaçırılma da olur. Hamilə qalırlar. Onda ailələr arasında münasibətlər pozulur. Lakin diqqət etsək, görərik ki, ən çox abort olunanlar 20 yaşdan yuxarılardır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO