KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında müzakirələr aparıldı - FOTO

KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında müzakirələr aparıldı - FOTO

Hazırda oxunan: KOBİA ilə “Davam” Gənclər Hərəkatı arasında müzakirələr aparıldı - FOTO
28646
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. 

Bizim.Media-ya KOBİA-dan verilən məlumata görə, görüşdə “Davam” Gənclər Hərəkatının Agentliyin keçirdiyi müxtəlif tədbirlərdə və proqramlarda iştirakına və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 

Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, gənclərin sahibkarlıq düşüncə tərzinin formalaşdırılması, innovativ sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, KOBİA-nın bu sahədə sahibkarlar assosiasiyaları və ictimai birliklərlə əməkdaşlıq etdiyini, birgə tədbirlərin və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 

"Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı təkliflərlə çıxış edib, daha sonra fikirlərini qeyd etmələri üçün heyətin üzvlərinə söz verib.

Görüşdə gənclərin biznes ideyalarının reallaşdırılmasına, onların sahibkarlıq fəaliyyətinə cəlb olunmasına dair müxtəlif təkliflər səsləndirilib, bu istiqamətdə hərəkatın KOBİA ilə əməkdaşlıqda maraqlı olduğu qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO