Qaynının qisasını qayınatasından aldı – 23 il əvvəl törədilən cinayətin TƏFƏRRÜATI

Qaynının qisasını qayınatasından aldı – 23 il əvvəl törədilən cinayətin TƏFƏRRÜATI

Hazırda oxunan: Qaynının qisasını qayınatasından aldı – 23 il əvvəl törədilən cinayətin TƏFƏRRÜATI
267792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın Sankt-Peterburq şəhərində 2002-ci ildə qeyri-rəsmi nikahda olduğu həyat yoldaşının atasını qətlə yetirməkdə təqsirləndirilən Lənkəran sakini Kamran İlyas oğlu Həbibovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Kamran Həbibov 13 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

İttihama görə, Kamran Həbibov 1994-cü ildə Rusiyanın Sankt-Peterburq şəhərinə gedərək orada yaşamağa başlayıb. Daha sonra həmin şəhərdə Natalya Fasiy adlı Rusiya vətəndaşı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olublar. Bu münasibətdən onların övladları da dünyaya gəlib.


İttihamda qeyd olunub ki, Kamran Həbibovun Natalyanın qardaşı Ruslan Fasiylə mübahisəsi yaşanıb. Bu zaman Ruslan ona çubuqla xəsarət yetirib. Kamran qisas almaq üçün onların evinə yollanıb. Orada qeyri-rəsmi nikahda olduğu Natalyanın atası Aleksey Fasiylə mübahisə edib.

Ruslan Məmmədov mübahisə zamanı Aleksey Fasiyə bıçaqla xəsarət yetirərək öldürməkdə təqsirləndirilib.
 

Ruslan Həbibov hadisədən sonra Azərbaycana qayıdıb. O uzun müddət axtarışda olub, 9 dekabr 2024-cü ildə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilib.


Ruslan Həbibov məhkəmədə təqsirsiz olduğunu, Aleksey Fasiyi qətlə yetirmədiyini bildirib. O, Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9-cu (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələri ilə ittiham olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO