Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO

Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO

Hazırda oxunan: Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO
260014
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əsgəran postunda istehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Şəmsi Rafayıl oğlu Xaspoladzadəyə məxsus 90-HV-895 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı avtomobildə təxmini çəkisi 120 kiloqram olan iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb.

Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib.

Həmin şəxs izahatında ətin Laçın rayonunun Narışlar kəndində Rizvan Əvəz oğlu Abbasov tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib.

Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO - foto 1
Əsgəranda istehlaka yararsız heyvan cəmdəyi aşkarlandı - FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO