Litseyin direktor müavini yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Litseyin direktor müavini yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO

Hazırda oxunan: Litseyin direktor müavini yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO
250783
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuz rayon icra hakimiyyətinin başçısına yeni qadın müavin təyin edilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuz şəhər Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini işləyən Aliyə Osmanova ötən gün yüksək vəzifəyə təyin edilib.
 

Belə ki, A. Osmanova icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.


Qeyd edək ki, Aliyə Osmanova Oğuz şəhərində anadan olub. 2001 - 2017 illərdə Oğuz şəhər H. Babayev adına 1 nömrəli tam orta məktəbində müəllim, 2017-2019 illərdə Oğuz şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində direktor, 2019 -ci ildən Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseydə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

Yeni müavin artıq kollektivə təqdim edilib.

Litseyin direktor müavini yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO - foto 1
Litseyin direktor müavini yüksək vəzifəyə TƏYİN EDİLDİ - FOTO - foto 2


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO