Valideynlərin DİQQƏTİNƏ! Bu gündən başlandı

Valideynlərin DİQQƏTİNƏ! Bu gündən başlandı

Hazırda oxunan: Valideynlərin DİQQƏTİNƏ! Bu gündən başlandı
247905
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025–2026-cı tədris ili üçün ümumi təhsil müəssisələrinin birinci siniflərinə rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə start verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, müsahibə mərhələsi üzrə qeydiyyat zamanı limit müəyyənləşdirilməyib. Valideynlər 6–20 may tarixlərində birinci sinfə qəbul çərçivəsində müsahibələrə yazılma prosesini həyata keçirə bilərlər.
 

Bununla yanaşı bildiririk ki, müsahibə mərhələsi 12–31 may tarixlərində təşkil ediləcək. Müsahibə mərhələsini uğurla tamamlayan uşaqlar üçün məktəb və müəllim seçimi prosesi 17 iyun–12 sentyabr tarixlərində təşkil olunacaq.


Qeyd edək ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın Alternativ qeydiyyat mərkəzinə, Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin "Çağrı mərkəzləri"nə və ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO