Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO

Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO

Hazırda oxunan: Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO
243153
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünən paytaxtın Yasamal rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Q.Məmmədov idarə etdiyi “Mercedes Ateco” markalı avtobusla Yeni Yasamal ərazisindən keçən Kənar dairəvi yolda piyada Həsənov Məhəbbət Əkrəm oğlunu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 

Məlumata görə, faciəvi şəkildə ölən piyada Vətən müharibəsi iştirakçısı olub və 25 il hərbi xidmət göstərib. Baş gizir rütbəsi daşıyan M.Həsənov bir müddət əvvəl ehtiyata buraxılıb. O, müharibədən sonra “Laçının azad olunmasına görə” medalı ilə təltif edilibmiş.


Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:




Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO - foto 1
Bakıda ağır QƏZA: Vətən müharibəsi iştirakçısını avtobus vurub öldürdü – FOTO/VİDEO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO