Azərbaycanda bu şəxslər hərbi xidmətə ÇAĞIRILMAYACAQ

Azərbaycanda bu şəxslər hərbi xidmətə ÇAĞIRILMAYACAQ

Hazırda oxunan: Azərbaycanda bu şəxslər hərbi xidmətə ÇAĞIRILMAYACAQ
225109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda dinc dövrdə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilməsi halları müəyyən edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb. 

Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək ehtiyata keçirilirlər: 

- fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar; 

- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar; 

- yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar; 

- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar; 

- Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilənədək və ya Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınanadək (doğulduğu anda hər iki valideyni Azərbaycan Respublikasının vətəndaşı olmuş şəxslər istisna olmaqla) əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO