Balakəndə ev yandı – FOTO

Balakəndə ev yandı – FOTO

Hazırda oxunan: Balakəndə ev yandı – FOTO
221822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Balakən şəhəri Rəşid Behbudov küçəsində 4 otaqlı mənzildə elektrik naqillərində baş verən qısaqapanmadan sonra güclü yanğın qeydə alınıb.  

Bizim.Media-nın yerli bürosu xəbər veri ki, şəhər sakini Çingiz Xanlayevə məxsus, ümumi sahəsi 96 kvadratmetr olan birmərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. 
 

Nəticədə evin iki otağının yanar konstruksiyaları ev əşyaları ilə birlikdə və dam örtüyünün 20 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları yanıb. 


Evin qalan hissəsi və bitişik tikilən yardımçı tikili yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Balakəndə ev yandı – FOTO - foto 1
Balakəndə ev yandı – FOTO - foto 2

Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO