Laçın şəhərində 24 fərdi evdə günəş panelləri quraşdırılıb

Laçın şəhərində 24 fərdi evdə günəş panelləri quraşdırılıb

Hazırda oxunan: Laçın şəhərində 24 fərdi evdə günəş panelləri quraşdırılıb
216165
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Laçın şəhərində 24 fərdi evdə enerji təchizatının sabitliyini təmin etmək üçün günəş panelləri quraşdırılıb. 9 fərdi ev isə günəş kollektoruna qoşulub.

Bizim.Media xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

Onun sözlərinə görə, Zabux və Sus kəndlərində bütün yaşayış evləri, iki məktəb və inzibati binalar günəş panelləri ilə təchiz olunub.
 

“Laçın rayonunda 80 milyon kilovat saatdan artıq yaşıl enerji istehsal olunub. Yaşıl enerji strategiyasına uyğun olaraq Laçın rayonunda 11 yerdə su elektrik stansiyaları qurulur. COP29 planına uyğun olaraq bərpa-tikinti prosesində ətraf mühitin mühafizəsi məsələsinə diqqət yetirilir, alternativ enerji mənbələrinin istifadəsinə böyük önəm verilir. Bu, evlərin damlarının üzərində quraşdırılmış günəş panellərində, şəhərdaxili işıqlandırmanı təmin edən hibrid-solar lampaların istifadəsində öz əksini tapır”, - deyə Tofiq İslamov bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO