"Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis OLACAQ - FOTO

"Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis OLACAQ - FOTO

Hazırda oxunan: "Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis OLACAQ - FOTO
215309
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA Region Liqasında çıxış edəcək "Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis İbrahim Uzunca olacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "report.az"a yeni yaradılan komandanın icraçı direktoru Vasif İsmayılov məlumat verib.

O, "Xankəndi"nin 2024/2025 mövsümünə ciddi hazırlaşdığını bildirib:

"Yeni baş məşqçi ilə bir çox məsələlərdə razılıq əldə etmişik. Xırda detallar həllini tapdıqdan sonra onun keçidi rəsmiləşəcək. İbrahim Uzunca ilə daha əvvəl "Füzuli" komandasında bərabər çalışmışıq. Azərbaycan minifutbol yığmasının heyətində çıxış edən oyunçuları heyətimizə cəlb etmişik. Bundan başqa, "Qəbələ" akademiyasının yetirməsi olan Kamil Nəzərli də artıq bizimlə olacaq. Hədəfimiz yarışı qalib kimi başa vurmaq və II Liqada çıxış etməkdir".

Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO