İyunda temperatur əvvəlki illərin istilik rekordlarını QIRIB 

İyunda temperatur əvvəlki illərin istilik rekordlarını QIRIB 

Hazırda oxunan: İyunda temperatur əvvəlki illərin istilik rekordlarını QIRIB 
203026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyunda temperatur əvvəlki illərin istilik rekordlarını qırıb. 

Bizim.Media xəbər verir ki, Amerikanın “Berkeley Earth” qeyri-kommersiya təşkilatının dərc etdiyi məlumatlara əsasən, 63 ölkədə iyun ayında orta temperatur əvvəllər qeydə alınmış bütün istilik rekordlarını üstələyib. 

Təşkilatın işlədiyi meteoroloji ölçmələrin başlanğıc zaman nöqtəsi kimi 1850-ci il götürülüb. 2024-cü ilin iyunu quruda və dənizdə orta temperaturun 1850-1900-cü illər üçün orta aylıq göstəricidən ən azı 1,5 dərəcə yüksək olduğu aydır. 
Paris sazişinin məqsədlərindən biri istiləşməni orta göstəricidən 1,5 dərəcə yuxarı məhdudlaşdırmaqdır. 

İstilik rekordlarının qırılmasının səbəblərindən biri El Nino fenomeni ilə bağlıdır. Bu, Hind və Sakit Okeanda iqlim və hidroloji amillərin dünyanın bir çox yerlərində temperaturlara təsir edən şəkildə qarşılıqlı əlaqədə olduğu təkrarlanan hadisədir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO