Zaqatalada çayçı bıçaqlandı

Zaqatalada çayçı bıçaqlandı

Hazırda oxunan: Zaqatalada çayçı bıçaqlandı

189355

Zaqatala rayonunun Qandax kənd sakinləri arasında baş verən mübahisə sonradan davaya çevrilib və nəticədə onlardan birinin bıçaqlanması ilə nəticələnib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bıçaqlanma hadisəsi Qandax kəndində çayxana işlədən 33 yaşlı Nurlan Muradovlala digər kənd sakini 38 yaşlı Tural Bayramov arasında baş verib. 

Nəticədə Tural Bayramov üzərində olan bıçaqla həmkəndlisi, çayçı Nurlan Muradova 10-a yaxın bıçaq xəsarətləri yetirib.

Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan 33 yaşlı çayçını hadisə şahidləri dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Nurlan Muradovun üzərində cərrahi əməliyyat aparılıb və o, xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.  

Həmkəndlisinə qarşı bu hadisəni törədən Tural Bayramov şübhəli şəxs qismində saxlanılıb. İlkin məlumatlara əsasən çayçıya borcu olan həmkəndli onu ödəmək istəməyib. 
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO